Son dəqiqə

ABŞ Ukrayna

ABŞ Ukraynaya 175 milyon dollaradək olan yeni silah paketi ayırıb

Bakı. TurkicWorld:

ABŞ Ukraynaya 175 milyon dollara qədər məbləğində yeni silah paketi ayırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında bildirilib.

Qeyd olunub ki, paketə "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, "AGM-88 HARM" anti-radar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silahların sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı sursatlar, kritik infrastrukturun mühafizəsi üçün avadanlıqlar, həmçinin ehtiyat hissələri və köməkçi avadanlıqlar daxil edilib.

Mövzuya görə xəbərlər