Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bütün ölkələri 46 gündür Qəzza zolağında qırğınlar həyata keçirən İsrailə silah və sursat ixracını dayandırmağa çağırıb.
TurkicWorld xəbər verir ki, o, bu barədə BRİKS liderləri və BRİKS üzvlüyünə dəvət olunmuş ölkələrin liderlərinin qatıldığı onlayn sammitdə çıxışı zamanı bildirib.
Məlumata əsasən, Bin Salman Qəzza zolağında mülki şəxslərə yardım göstərmək üçün humanitar dəhlizlərin açılmasının və hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.