Son dəqiqə

İsrail ABŞ Co Bayden Qəzza zolağı

Qəzza zolağı Fələstinin nəzarəti altında olmalıdır - Bayden

Bakı. TurkicWorld:

Qəzza zolağı Fələstinin nəzarəti altında olmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden deyib.

"Biz sülh üçün səy göstərdiyimiz müddətdə Qəzza və İordan çayının qərb sahili yenidən canlandırılmış Fələstin administrasiyası altında birləşməlidir. Fələstinlilər Qəzzadan zorla çıxarılmamalı, yenidən işğal edilməməli, mühasirəyə və blokadaya məruz qalmamalı, əraziləri kiçilməməlidir" – deyə o bildirib.

Bayden qeyd edib ki, ABŞ iki dövlətli həll üçün çalışır.

“İordan çayının qərb sahilində fələstinlilərə qarşı ifrat zorakılıq dayandırılmalı və zorakılığı törədənlər məsuliyyətə cəlb edilməlidir.” – deyə Bayden vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər