Bakı. TurkicWorld:
Qəzzada gedən döyüşlərdə hər gün dörd saatlıq atəşkəs elan olunacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, Qəzzanın şimalındakı mülki əhalinin bölgəni tərk etməsinə icazə vermək üçün hücumlara hər 4 saatlıq fasilənin İsrail tərəfindən üç saat əvvəldən elan ediləcəyini bildirib.
Kirbi qeyd edib ki, fasilələrin humanitar yardımın ehtiyacı olan bölgələrə çatdırılmasına və fələstinlilərin “zərər almadan bölgəni tərk etməsinə” imkan verəcək.
“Bu, xüsusilə mülki şəxslərin münaqişələrdən uzaq olan daha təhlükəsiz ərazilərə çatmasına köməklik baxımından düzgün istiqamətdə atılmış addımdır”, - deyə o vurğulayıb.
Kirbi həmçinin bildirib ki, İsrail bu gün başlaması planlaşdırılan dörd saatlıq fasilələrlə bu bölgələrdə heç bir hərbi əməliyyat keçirməyəcək.
Hafiz Rufizoğlu