Son dəqiqə

İsrail Qəzza zolağı Cozep Borrell

Uşaqların qətlə yetirilməsi beynəlxalq humanitar hüquqa ziddir - Borrell

Bakı. TurkicWorld:

İsrail-Fələstin münaqişəsində uşaqlar da daxil olmaqla, çoxlu mülki şəxs öldürülüb, bu vəziyyət beynəlxalq humanitar hüquqa ziddir.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

"BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza xalqının elektrik enerjisi, qida və su olmadan çıxılmaz vəziyyəti barədə xəbərdarlıq edir. Biz mülki şəxslərə qarşı edilən bütün hücumları, o cümlədən İsrailə qarşı davamlı raket hücumlarını pisləyir və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik" – deyə Borrell bildirib.

Xatırladaq ki, İsrailin blokadada olan Qəzza zolağına intensiv hücumları səbəbiylə bölgədə sabit, mobil telefon və internet rabitə xidmətləri tamamilə kəsilib.

İsrail ordusu hava hücumlarını artırdığını və quru əməliyyatlarını genişləndirəcəyini açıqlayıb.

Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanası da İsrail ordusunun hədəfində olub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər