Son dəqiqə

İsrail Ersin Tatar Şimali Kipr Türk Respublikası Qəzza

Qəzzada mülki şəxslərə qarşı hücumlar dayandırılmalıdır - Ersin Tatar

Bakı. TurkicWorld:

Qəzzada mülki şəxslərə qarşı hücumlar dayandırılmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar bildirib.

"İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın çağırışları ilə razıyam. Türkiyədə olduğu Şimali Kipr Türk Respublikasında da üç günlük matəm elan etdik. Amma təəssüf ki, günahsız insanlara, uşaqlara qarşı bu hücumlar davam edir", - deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər