Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Hakan Fidan Tahsin Ertuğruloğlu

Tarixin heç bir dövründə Kipr türklərini tək qoymayan Türkiyə yeni dövrdə də üzərinə düşən vəzifəni yerinə yetirəcək - Hüseyin Işıksal

Bakı. TurkicWorld: - Prof. Dr. Hüseyn İşıksal, Şimali Kipr Türk Respublikası Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Şimali Kipr Türk Cümhuriyyətinin XİN rəhbəri Tahsin Ərtoğruloğlunun oktyabrın 4-də keçirdikləri görüşdən sonra keçirdiyi birgə mətbuat konfransı Kiprdə yeni dövrlə bağlı mühüm ipucları baxımından çox əhəmiyyətli görüş idi.

Son dərəcə məhsuldar keçən görüşdə Hakan Fidanın fikrincə, Kipr türklərinin beynəlxalq aləmdə statusunun necə olacağı və iki ölkə arasındakı əməkdaşlığın Kipr türklərinin sosial-iqtisadi inkişafı üçün daha institusional hala gətirilməsi müzakirə edildi. Əslində bu iki məsələnin bir-biri ilə birbaşa əlaqəli olduğunu da qeyd edə bilərik.

İllərdir ədalətsiz təcrid və embarqolar altında qalan Kipr türklərinin siyasi çıxılmaz vəziyyətdən asılı olmayaraq gücləndirilməsi həm adadakı varlıqlarını qalıcı edəcək, həm də KKTC Prezidentinin irəli sürdüyü suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasəti gücləndirəcək. Bu baxımdan son vaxtlar iki ölkə arasında əməkdaşlıq, xüsusilə elektrik enerjisinin birləşdirilməsi layihəsinin başa çatdırılması, Kipr türklərinin Türkiyə Respublikası vətəndaşlarının öz vətənlərində sahib olduqları hüquqlardan yararlana bilməsi ilə daha da artmışdır. Bundan əlavə, Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarından faydalanmaq üçün adada son həlli gözləməyin lazım olmadığını deyən H.Fidan İsrail və Livan arasında bu yaxınlarda həyata keçirilən razılaşmanı misal çəkib, həmçinin məsələnin həlli məsələsini gündəmə gətirib.

Nəticədə Hakan Fidan-Tahsin Ərtoğruloğlu görüşü regional problemlərin daim diplomatiya və siyasi kommunikasiya yolu ilə həllini müdafiə edən Türkiyə və KKTC-nin səmimiyyətini bir daha göstərdi. Türk dünyasında müstəqillik qazanan ikinci Türk Dövləti olan və Türk varlığını Şərqi Aralıq dənizindən təcrid etməyə çalışan siyasətlərə meydan oxumaq missiyasını uğurla davam etdirən KKTC, Kipr Türk xalqının müstəqillik və suverenliyinin simvoludur. KKTC təkcə Türkiyə üçün deyil, bütün Türk Dünyası üçün həyati əhəmiyyət kəsb edir. Tarixin heç bir dövründə Kipr türklərini tək qoymayan Türkiyə Cümhuriyyəti yeni dövrdə də üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Tərcümə: Ləman Əsədli

Mövzuya görə xəbərlər