Bakı. TurkicWorld:
Pile-Yiğitler Yolu layihəsindən geri çəkilməyəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.
"Birləşmiş Millətlər Təşkilatı Kiprdə neytrallığını itirib və buna görə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü məsuliyyət daşıyır. Pile-Yiğitler yolu humanitar layihə olduğu üçün yolun tikintisi davam edəcək", -deyə o vurğulayıb.
T.Ertuğruloğlu onu da bildirib ki, BMT Təhlükəsizlik Şurasının Pile-Yiğitler Yolu Layihəsi ilə bağlı verdiyi açıqlamada KKTC rəhbərliyini tənqid etməsi onun Rum tərəfində olmasını göstərir.
"Biz bu bərabərsizliklə təkcə Pile-Yiğitler yolunda deyil, digər məsələlərdə də qarşılaşırıq. Kipr Rum tərəfi illərdir yol tikintisi də daxil olmaqla, pozuntular törədib, lakin BMT bütün bunlara qarşı səssiz qalıb", - deyə o əlavə edib.
Xatırladaq ki, 18 avqust tarixində BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.
Şimali Kipr təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.
13 sentyabr tarixində yolun yenidən tikintisinə başlanılıb.
Ləman Əsədli
Twitter: lamanasadli01







