Son dəqiqə

İraq Kərkük

Kərkükdə Türk dili rəsmi dil kimi istifadə olunmağa başlanılıb

Bakı. TurkicWorld:

İraqın Kərkük şəhərində Türk dili rəsmi dil kimi istifadə olunmağa başlanılıb.

TurkicWorld-un məlumatına görə, rəsmi ofislərdəki yazılar və çöldəki lövhələr artıq türk dilində yazılacaq.

Kərkük Qubernatorluğu və Vilayət Məclisində türk lövhələri asılıb. Bu tətbiq türkcənin rəsmi sahədə istifadəsində ilk addım olub.

Məlumat üçün qeyd edık ki, 2008-ci ildə qəbul edilən qərar illər sonra qüvvəyə minib.

Sentyabrın 18-dən etibarən qüvvəyə minən qərara görə, türk dili bütün əyalətdə rəsmi yazışmalar üçün etibarlı dillərdən biri olacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər