Bakı. TurkicWorld:
Şimali Kipr Türk respublikası ilə BMT arasında gərginliyə səbəb olan Yiğitler-Pile yolunun tikintisinə yenidən başlanılıb.
TurkicWorld xəbər verir ki, yolun tikintisi iki həftə ərzində BMT-nin nəzarəti altında olan zonaya qədər davam edəcək.
Məlumata əsasən, daha öncə yolun tikintisinin qarşısını almağa cəhd edən BMT bu dəfə prosesə müdaxilə etməyib.
Xatırladaq ki, 18 avqust tarixində BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.
Şimali Kipr təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.
Ləman Əsədli
Twitter: lamanasadli01







