Bakı. TurkicWorld:
Kərkükdəki ordu binasının Kürdüstan Demokratik Partiyasına (KDP) təhvil verilməsi qərarı təxirə salınıb.
TurkicWorld-uin məlumatına görə, bu barədə Kərkük qubernatoru Rakan Səid əl-Cuburi deyib.
“Şəhərdəki Birgə Əməliyyat Komandanlığı qüvvələrinin istifadəsində olan binanın Kürdüstan Demokratik Partiyasına (KDP) verilməsi qərarı təxirə salınıb və nümayişçilərin etirazlarına son qoyulub.” – deyə Səid əl – Cuburi açıqlamasında bildirib.
Qubernator binanın qarşısında etirazçılarla görüşərək onlara baş nazirin verdiyi “təxirə salınma” əmrini danışdığını, daha sonra nümayişçilərin çadırları toplayıb etirazlarına son qoymaq və bağlanan yolu açmaq qərarına gəldiyini qeyd edib.
Qərargahın qarşısında qurulan çadırlar nümayişçilər tərəfindən sökülməyə başlayıb.
Məlumat üçün qeyd edək ki, baş verən hadisələrdə nümayişçilər arasında ölən və yaralananlar olub.
Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri açıqlama verərək, olan ölənlərin sayının 3-ə, yaralıların sayının isə 9-a yüksəldiyini bildirib.
İraqın baş naziri Sudani də Kərkükdə insident başlatanlara qarşı əməliyyat əmri verib.
Hafiz Rufizoğlu







