Son dəqiqə

Iraq Kərkük İraq Türkmən Cəbhəsi

Kərkükdə komendant saatı tətbiq edilib

Bakı. TurkicWorld:

İraqın Kərkük şəhərində komendant saatı tətbiq edilib.

TurkicWorld-un məlumatına görə, Kərkükdə ordunun nəzarətində olan binanın Kürdüstan Demokratik Partiyasına (KPD) təhvil verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə şəhər mərkəzində KDP tərəfdarları aksiya keçirib.

KDP-yə bağlı bu qruplar şəhərin mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib.

Kərkükdə baş verən bu hadisələrdən sonra komendant saatı elan edilib.

Kürdlərin sıx yaşadığı Kərkükün Rəhimava bölgəsində bu gün günorta saatlarında toplaşan etirazçılar təkər yandırıb, bəzi yolları bağlayıblar.

Təzyiqin artdığı Kərkükdə Təhlükəsizlik qüvvələri ilə KDP-yə bağlı qruplar arasında gərginlik davam edir.

İraq Türkmən Cəbhəsi (İTC) sədri Həsən Turan Kərkük Birgə Əməliyyat Komandanlığının əsas qərargah binasının Neft Nazirliyinə aid olduğunu və heç bir tərəfin buradan siyasi fəaliyyətləri üçün istifadə etməsini istəmədiklərini bildirib.

Turan onu da qeyd edib ki, Kərkükdəki etirazın ilk günündən bəri baş nazir Məhəmməd Şiya es-Sudani ilə əlaqə saxlayır və bu böhran üçün müxtəlif həll yolları təklif edib.

KDP sözügedən binanın daha əvvəl onlar tərəfindən istifadə edildiyini və yenidən onlara verilməli olduğunu bildirir.

Baş nazir Məhəmməd Şia es-Sudaninin əmri ilə boşaldılaraq KDP-yə təhvil veriləcək binanın hazırlıqlarına qarşı etirazlar avqustun 25-dən davam edir.

Qərargah qarşısında keçirilən nümayişlərə Kərkükdəki sünni ərəb qəbilələri, türkmənlərdən fərqli qruplar və Kays əl-Hazalinin rəhbərlik etdiyi Asayib Ehlilhak Hərəkatı qatılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər