İslandiyanın Moskvadakı səfirliyi fəaliyyətini dayandırdı

İslandiyanın Moskvadakı səfirliyi fəaliyyətini dayandırdı

Bakı. TurkicWorld:

İslandiyanın Rusiyanın paytaxtı Moskvadakı səfirliyi fəaliyyətini dayandırıb.

TurkicWorld xəbər verir ki, artıq səfirlik binasının qarşısındakı dirəkdən bayraq endirilib və lövhələr sökülüb.

Məlumatda o da bildirilir ki, üç gün əvvəl bina tamamilə boşaldılıb.

Xatırladaq ki, bu ilin iyun ayında İslandiya səfirliyi 1 avqust tarixindən fəaliyyətini dayandırmaq niyyətində olduğunu açıqlayıb.