Son dəqiqə

Suriya BMT Baş Assambleyası

Suriyada itkin düşmüş şəxslərin axtarışı üçün təşkilat yaradılacaq

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Suriyada itkin düşmüş şəxslərin araşdırılması ilə məşğul olacaq təşkilatın yaradılacağını təsdiqləyib.

TurkicWorld-in məlumatına görə, bu barədə BMT-nin Baş Assambleyası qətnamə qəbul edib.

Qətnamədə BMT Baş Assambleyasının Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tanıdığı bir daha qeyd olunub.

Qətnamədə itkin düşənlərin taleyini öyrənmək və sağ qalanlara dəstək vermək üçün BMT-nin himayəsi altında Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın yaradılması təsdiq edilib.

Mövzuya görə xəbərlər