Son dəqiqə

Ukrayna Avstraliya

Avstraliya Ukraynaya daha bir hərbi yardım paketi ayıracaq

Bakı. TurkicWorld:

Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketi açıqlayıb. Baş nazir Antonio Albanezenin sözlərinə görə, bu vəsait hərbi nəqliyyət və sursatların alınmasına sərf olunacaq.

TurkicWorld-in məlumatına görə, bu barədə Avstraliya mətbuat xidməti bildirib.

Baş nazir Albanese bildirib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 110 milyon Avstraliya dolları (73,4 milyon ABŞ dolları) göndərəcək. O vurğulayıb ki, Ukrayna Avstraliyanın dəstəyinə arxalana bilər. Baş nazir qeyd edib ki, Avstraliya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

Mövzuya görə xəbərlər