BAKI,TurkicWorld Yusif Şərifzadə
Polşanın Baş naziri Donald Tusk ABŞ və NATO arasında artan gərginlik fonunda transatlantik birliyin qorunub saxlanılmasına çağırış edib.
TurkicWorld xəbər verir ki, bu bəyanat Pentaqonun ABŞ-də yerləşən 4 min hərbçinin Polşaya göndərilməsi planını ləğv etməsindən bir neçə gün sonra səsləndirilib.
Donald Tusk bildirib ki, Polşada, Avropada və Atlantik okeanının hər iki tərəfində – ABŞ və Kanadada – bütün tərəflərin vəzifəsi müxtəlif siyasi dəyişikliklərdən asılı olmayaraq transatlantik əməkdaşlığın bu çətin dövrdən sağ çıxmasını təmin etməkdir.
Məlumata görə, Ağ Ev Avropa müttəfiqlərinin ABŞ-ın İrana qarşı hərbi kampaniyasına dəstək verməkdən imtina etməsindən narazı qaldığı üçün qoşunların sayının azaldılması barədə qərar verib.







