Son dəqiqə

Ümumdünya Meteorologiya Təşkilatı Selest Saulo

2025 ən isti illərdən olub - Ümumdünya Meteorologiya Təşkilatı

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Son 11 il, yəni 2015–2025-ci illər, 176 illik müşahidə rekordunda ayrı-ayrılıqda ən isti illər olub.

TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu gün yaydığı hesabatda qeyd olunub.

Hesabata görə, 2025-ci ilin yanvar–avqust ayları üzrə orta səthə yaxın temperatur əvvəlki dövrün orta göstəricisindən 1,42 °C ± 0,12 °C yüksək olub. Yəni, 2025-ci il ən yüksək isti hava müşahidə olunan illərdəndir

İstiləşmə tendensiyasının qarşıdakı illərdə də davam edəcəyi proqnozlaşdırılır.

Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Selest Saulo bildirib ki, bu misli görünməmiş yüksək temperatur istixana qazlarının səviyyələrində keçən ilki rekord artımla birləşərək bu həddi aşmadan qlobal istiləşmənin qarşısını almaq vacibdir.

Mövzuya görə xəbərlər