Son dəqiqə

Hindistan yağışlar Leysan yağışları fırtına və daşqınlar daşqın

Leysan yağışları Hindistanda dağıntı yaradıb

BAKI, TurkicWorld

Hindistanda musson fəlakəti - Daşqın və torpaq sürüşmələri 85 nəfərin həyatına son qoyub.

TurkicWorld xəbər verir ki, Hindistanın şimalında yerləşən Himaçal-Pradeş əyalətində iyunun 20-dən bəri davam edən güclü leysan yağışları daşqınlara, torpaq sürüşmələrinə və yol qəzalarına səbəb olub.

Rəsmilər fəlakət nəticəsində ümumilikdə 85 nəfərin öldüyünü təsdiqləyiblər.

Hindistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Mərkəzinin (SDMA) məlumatına görə, güclü musson yağışları 54 nəfərin sel və sürüşmələrdə həyatını itirməsinə səbəb olub. 31 nəfər isə bu fəlakətlərlə əlaqədar baş verən yol qəzalarında ölüb.

Yerli hakimiyyət 204 yolun nəqliyyat üçün bağlandığını və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Hindistanda iyun-sentyabr ayları arasında təsirli olan musson mövsümü hər il minlərlə insanın həyatını təhlükə altına qoyur, kənd təsərrüfatı, infrastruktur və sosial həyat üzərində ciddi təsir buraxır.

Mövzuya görə xəbərlər