Son dəqiqə

Avropa İttifaqı Kaja Kallas Avropa İttifaqı sürətli müdaxilə qüvvəsi Aİ 5000 nəfərlik ordu Aİ müdafiə nazirləri toplantısı Brüssel müdafiə nazirləri iclası Aİ birgə müdafiə layihələri

Avropa yeni təhlükəsizlik mərhələsinə keçir

BAKI, TurkicWorld

Avropa İttifaqı 5000 nəfərlik “sürətli müdaxilə qüvvəsi”ni işə salıb.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqı (Aİ) 5000 əsgərdən ibarət “sürətli cavab qüvvəsi”nin fəaliyyətə başladığını elan edib.

Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verib.

Kallas bildirib ki, bu qüvvə fövqəladə hallarda Avropanın daha çevik və effektiv hərəkət etməsinə imkan verəcək. O qeyd edib ki, “sürətli müdaxilə qüvvəsi” 2022-ci ilin martında qəbul edilən “Strateji Kompas” sənədində nəzərdə tutulub və Aİ-nin təhlükəsizlik və müdafiə siyasətində vacib rol oynayacaq.

Ali nümayəndə həmçinin vurğulayıb ki, Aİ üzv ölkələri 150 milyard avroluq maliyyə paketindən birgə müdafiə layihələrinin maliyyələşdirilməsi və müdafiə sənayesinin gücləndirilməsi üçün istifadə etməyə təşviq olunur. İyun ayında keçiriləcək Aİ sammitinə qədər konkret addımların atılması planlaşdırılır.

Qeyd edək ki, Avropa Komissiyası martın 19-da “Ağ Kitab” adlı yeni müdafiə strategiyasını açıqlayıb. Strategiya 2030-cu ilə qədər hərbi xərclərin artırılması, istehsal imkanlarının genişləndirilməsi və ortaq layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Bu sənədin bir hissəsi olan SAFE tənzimləməsi çərçivəsində 150 milyard avro vəsait ayrılıb.

Mövzuya görə xəbərlər