Son dəqiqə

İraq İraq Türkmən Cəbhəsi Həsən Turan

İraq Türkmən Cəphəsinin sədri Həsən Turan istefa verib

BAKI, TurkicWorld

İraq Türkmən Cəbhəsinin (ITC) sədri Həsən Turan, təxminən 4 ildir icra etdiyi vəzifəsindən istefa verib.

TurkicWorld xəbər verir ki, bu barədə Turanın yaydığı yazılı bəyanatda bildirib.

“Bu gün, 13 aprel 2025-ci il tarixindən etibarən İraq Türkmən Cəbhəsi sədrliyi vəzifəmdən istefa etdiyimi bildirirəm” - deyə bəyanatda qeyd olunub.

O, özündən sonra bu vəzifəni icra edəcək şəxsə uğurlar arzulayaraq, yeni sədrin daim yanında olacağını və ona dəstək verəcəyini vurğulayıb.

Turan, İraq Türkmən Cəbhəsinin prinsipləri və dəyərlərinə sadiq qalaraq, türkmən milli mübarizəsini və İraqın birliyini eyni qətiyyətlə müdafiə etməyə davam edəcəyini qeyd edib.

Mövzuya görə xəbərlər