Son dəqiqə

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH)

Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdəndir - FAO

Bakı, TurkicWorld

Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdəndir.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərlə üzləşir.

"Su çatışmazlığı dünyada 2050-ci ilə qədər daha da kəskinləşəcək. İqlim dəyişikliyi artıq qlobal səviyyədə su dairələrinin dəyişməsi ilə nəticələnib və bir çox yerlərə su çatmır. Kənd təsərrüfatında ədalətli su keçidləri nəzərə alınmalıdır.

Kənd təsərrüfatı sahəsində araşdırmalarımız faktlara əsaslanmalıdır",- deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Mövzuya görə xəbərlər