Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - AHİK COP29

Bakıda beynəlxalq konfrans keçirilir

Bakı, TurkicWorld

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Konfrans həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərinin müəyyənləşdirilməsi və müdafiəsi, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

Mövzuya görə xəbərlər