Son dəqiqə

Milli Məclis Naqif Həmzəyev

Azərbaycan dövləti şəhid ailələri, müharibə veteranları və qaziləri hər zaman diqqətdə saxlayır - Naqif Həmzəyev

Azərbaycan dövləti şəhid ailələrini, müharibə veteranlarını və qazilərini hər zaman diqqətdə saxlayır. Onların sosial vəziyyətinin yaxşılaşdırılması əsas prioritetlərdən biridir. Birinci Qarabağ savaşının veteranlarına birdəfəlik müavinətlərin verilməsi də dövlətin belə humanist addımlarından biridir.

Bunu TurkicWorld-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu humanist addımla Azərbaycan dövləti veteranlara, müharibə zamanı əlil olanlara daim nəzərdə saxladığını bir daha nümayiş etdirir: “Dövlət həmin vətəndaşlara birdəfəlik müavinət verməklə öz qayğısını göstərir. Azərbaycanda sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlar, eləcə də şəhid ailələri və müharibə veteranları hər zaman diqqətdə saxlanılacaq. Həmçinin hər bir Azərbaycan vətəndaşının da bacardığı qədər həmin kateqoriyadan olan şəxsləri diqqətdə saxlamaq borcudur. Biz şəhid ailələri və qazilərin yerini cəmiyyətdə ən yüksək səviyyədə qoruyub saxlamaqla diqqətimizi əsirgəməməliyik”.

Mövzuya görə xəbərlər