Quterreş Yaxın Şərqi humanitar atəşkəsə çağırıb

Quterreş Yaxın Şərqi humanitar atəşkəsə çağırıb

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqi təcili humanitar atəşkəsə çağırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Pekinə səfər edən Quterreş sosial media hesabında paylaşım edib.

"Bütün regionun taleyi və insanların həyatı təhlükədədir. Mən Yaxın Şərqdə dəhşətli insan iztirablarını azaltmaq üçün təcili humanitar atəşkəsə çağırıram”, - deyə baş katib bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.