Son dəqiqə

Çin Vanq Yi Yaxın Şərq

Çin Yaxın Şərqdə müharibəyə son qoymağa çağırır - Van Yi

Bakı. TurkicWorld:

Çin Yaxın Şərqdəki hərbi əməliyyatlara dərhal son qoyulmasının tərəfdarıdır.

TurkicWorld-in məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Vanq Yi mətbuat konfransında bildirib.

"Bu, bütün tərəfləri narahat edən məsələdir və mövcud beynəlxalq vəziyyətin əsas diqqət mərkəzindədir. Çin obyektiv və ədalətli mövqe tutur və dəfələrlə prinsipial mövqeyini aydınlaşdırıb. Bunu bir cümlə ilə ümumiləşdirmək olar: hərbi əməliyyatlar dayandırılmalıdır. Silahlı münaqişə ilə qarşılaşdıqda, baş verməməli olan və heç kimə fayda verməyəcək bir müharibə görürük", - deyə nazir bildirib.

Mövzuya görə xəbərlər