Bakı. TurkicWorld:
Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu münaqişənin davam etməsi fonunda Böyük Britaniya hərbi komandanlığı Aralıq dənizinin şərqinə iri desant gəmisi göndərməyə hazırlaşır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Aralıq dənizinin şərqində dəniz tapşırıqlarını yerinə yetirmək üçün gəmidən istifadə etməyə ehtiyac yarana biləcəyi ehtimalını nəzərə alaraq, ehtiyat tədbiri kimi "RFA Lyme Bay" gəmisini yüksək hazırlıq vəziyyətinə gətirmək qərarı qəbul etmişik", – deyə müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi bildirib.
Məlumata görə, Böyük Britaniyanın yardımçı donanmasının tərkibinə daxil olan və tez-tez humanitar yardım əməliyyatlarında və ya üzən hospital kimi istifadə olunan "Lyme Bay" gəmisi hazırda Cəbəllütariqdə mövqe tutub.






