Son dəqiqə

Azərbaycan Kanada

Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunmuşdur

BAKI.TurkicWorld

Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir.

TurkicWorld xəbər verir ki, Kanadada Azərbaycan Respublikasının Səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırmış, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar vermişdir.

Mövzuya görə xəbərlər