Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. TurkicWorld:

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən birinə çevrilib.

İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım".