Son dəqiqə

Qırğızıstan Sadır Japarov Türk Dövlətləri Təşkilatı Astana

Qırğızıstan prezidenti Cəlal-Abad şəhərinin türk dünyasının turizm paytaxtı elan edilməsini təklif edib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin 2025-ci ildə türk dünyasının turizm paytaxtı elan edilməsini təklif edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında bildirib.

Məlumata əsasən, tədbir zamanı Japarov turizm sənayesini birgə inkişaf etdirməyi də təklif edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər