Son dəqiqə

Vladimir Putin Qırğızıstan

Rusiya prezidenti Qırğızıstana səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin Qırğızıstana dövlət səfəri edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov deyib.

Məlumata əsasən, Rusiya prezidentinin oktyabrın 12-də Qırğızıstana səfəri gözlənilir.

A.Japarov əlavə edib ki, oktyabrın 13-də Qırğızıstanda MDB-nin sammiti, oktyabrın 25-də isə Birlik ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatının baş nazirlərinin görüşü keçiriləcək.

Mövzuya görə xəbərlər