Bakı. TurkicWorld:
Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev Özbəkistana rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, rəsmi səfər çərçivəsində Nurlanbek Şakiyevin bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Məlumata əsasən, görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar əlaqələrin gücləndirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Ləman Əsədli
Twitter: Lamanasadli01






