Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatnın Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edib

Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatnın Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edib

Bakı. TurkicWorld:

Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 18-ci iclası keçirilib.

TurkicWorld-un məlumatına görə, görüşdə Qazaxıstanın vitse-prezidenti - Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov da iştirak edib.

Tədbir ŞƏT sahəsində təhlükəsizlik və sabitlik vəziyyəti ilə bağlı məsələlərin daha geniş spektrını əhatə edib.

Nurdauletov öz çıxışında Qazaxıstanın ŞƏT-in əsas fəaliyyət istiqamətləri üzrə mövqeyi barədə məlumat verib və ölkəsinin maraqları nəzərə alınmaqla təhlükəsizliyin əsas aspektləri üzrə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi üçün bir sıra tövsiyələr səsləndirib.

Məlumat üçün qeyd edək ki, görüş çərçivəsində Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə ikitərəfli görüşlər keçirib və cari əməkdaşlıq məsələlərini müzakirə edib.

İki ölkənin Təhlükəsizlik Şuraları arasında məsləhətləşmələrin dördüncü raundunun Qazaxıstanın paytaxtı Astanada keçirilməsi razılaşdırılıb.