Qazaxıstan Avro-2024 seçmə mərhələsi oyununda Danimarkanı məğlub edib

Qazaxıstan Avro-2024 seçmə mərhələsi oyununda Danimarkanı məğlub edib

Bakı. TurkicWorld:

Qazaxıstan millisi UEFA AVRO-2024-ün seçmə mərhələsində Danimarka millisini məğlub edib.

TurkicWorld-un məlumatına görə, 73-cü dəqiqəyə qədər Danimarkaya 0:2 hesabı ilə məğlub olaraq gələn Qazaxıstan oyunun 73-cü dəqiqəsindən sonra üstünlüyü ələ alaraq Danimarkanı 3:2 hesabı ilə məğlub edib.

Məlumata əsasən, iyunun 17-də Qazaxıstan milli yığması San Marino millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Sloveniya millisi ilə qarşılaşan Qazaxıstan millisi 2:1 hesabı ilə məğlub olub.