BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
“Hamı kimi oğlumun da arzuları var idi. Adi insanların dilədiklərini Aleksandr da arzulayırdı”.
TurkicWorld xəbər verir ki, bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.
O bildirib ki, oğlunun həyatla bağlı planları yarımçıq qalıb:
“Övladlarını böyütmək, ailə qurmaq, normal bir həyat yaşamaq istəyirdi. Amma övladımın bütün arzuları yarım qaldı”,- deyə Milli Qəhrəmanın anası əlavə edib.







