Son dəqiqə

Kasım-Jomart Tokayev

Azərbaycan bu missiyanı irəli çəkməkdə ləyaqətlə iş görür - Tokayev

Bakı.TurkicWorld:

Bu sammit AQEM-in potensialını ortaya qoyur. Qazaxstan bu foruma böyük töhfə verməyə hazırdır .

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.

O bildirib ki, AQEM üzv dövlətlərinin sayını artırmaqdadır.

"Məqsədimiz etimadı artırmaq və təhlükəsizliyi qorumaqdır. Bu cür tədbirlər əsasında işimizi və məqsədlərimizi irəli sürürük. Dünyada mürəkkəb çağırışlar fonunda bir araya gələrək ortaq qərarlar verməyimiz çox önəmlidir. Bizim birgə siyasi müştərəkliyimiz təhlükəsizliyi qorumaq üçün vacibdir. Hazırda Azərbaycan bu missiyanı irəli çəkməkdə ləyaqətlə iş görür. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bütün təşəbbüslərimizə imza ata bilərik. Bu tədbirlərin həyata keçirilməsində Qazaxstan Azərbaycanın yanındadır.", - deyə K.J.Tokayev əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) 7-ci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.

AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki əməkdaşlığa çevrilir.

Mövzuya görə xəbərlər