Son dəqiqə

Qazaxıstan

Qazaxıstanda keçmiş nazir saxlanılıb

Astana. TurkicWorld:

Qazaxıstanın keçmiş daxili işlər naziri Yerlan Turqumbayev tutulub.

TurkicWorld xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğu məlumatı təsdiqləyib.

Məlumata görə, Turqumbayev Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə aprelin 29-da saxlanılıb.

Cinayət işində dövlət sirri təşkil edən məlumatların mövcudluğunu nəzərə alaraq, digər məhkəməyəqədər istintaq məlumatları açıqlanmayıb.

Mövzuya görə xəbərlər