Son dəqiqə

Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

Astanada ŞƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin iclası başlayıb

Bakı, TurkicWorld:

Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin növbəti iclası başlayıb.

TurkicWorld xəbər verir ki, Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ŞƏT Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Birgə görüş zamanı nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq və regional vəziyyət, təhlükəsizlik məsələləri və ŞƏT çərçivəsində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər yüksək rütbəli rəsmilərin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Mövzuya görə xəbərlər