Son dəqiqə

Qazaxıstan Türkmənistan Kasım-Jomart Tokayev

Kasım-Jomart Tokayev Türkmənistana rəsmi səfər edib

Bakı,TurkicWorld

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkmənistana rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Aşqabad hava limanında Kasım-Jomart Tokayevi, rəsmi şəxslər və xüsusi qarovul dəstəsi qarşılayıb.

Səfər zamanı Tokayev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov arasında ikitərəfli danışıqlar aparılması gözlənilir.

Tokayev həmçinin, Aşqabadda keçiriləcək “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülhün və inkişafın əsası” Beynəlxalq Forumunda iştirak edəcək.

Mövzuya görə xəbərlər