BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Çinə kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz artaraq, 129 milyon 571 min 47 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Çinə kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 45 milyon 2 min 67 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 2 milyard 322 milyon 496 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 4 milyard 622 milyon 179 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 31 milyard 486 milyon 461 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.







