Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Qazaxıstana kimyəvi maddə məhsulları ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azalaraq, 35 milyon 855 min 58 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq, 19 milyon 938 min 53 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 2 milyard 322 milyon 496 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 4 milyard 622 milyon 179 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 31 milyard 486 milyon 461 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər