Son dəqiqə

Basketbol

Azərbaycanın 3x3 basketbol millisi Çempionlar Kubokunda gümüş medal qazanıb

Bakı. TurkicWorld:

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ikinci olub.

TurkicWorld-in məlumatına görə, yığmamız finalda Niderlanda 12:21 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib.

Mövzuya görə xəbərlər