Son dəqiqə

Fələstin Qəzza zolağı humanitar yardım Basketbol idman Humanitar böhran İsrail və Qəzza münaqişəsi Qəzza münaqişəsi 2025 Humanitar yardım layihələri

İsrail hücumlarında fələstinli basketbolçu həlak olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsrail ordusu fələstinli basketbolçunu öldürüb.

TurkicWorld xəbər verir ki, İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarına yemək üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib.

Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.

Mövzuya görə xəbərlər