Son dəqiqə

Azərbaycan Litva Basketbol

Basketbol üzrə milli komandamız Litvaya yola düşüb

Bakı. TurkicWorld:

Qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün Litvaya yollanıb.

İdman.biz xəbər verir ki, milli ilk oyunu burada yerli komandaya qarşı keçirəcək.

Litva – Azərbaycan matçı noyabrın 9-da baş tutacaq. Yığmamızın yer aldığı C qrupunun digər görüşündə isə Belçika Polşanı sınağa çəkəcək.

Qeyd edək ki, bu, Avropa çempionatının seçmə mərhələsində debütümüz olacaq. Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.

İdman.biz

Mövzuya görə xəbərlər