Son dəqiqə

Azərbaycan Basketbol Neftçi basketbol klubu

“Neftçi"nin baş məşqçisi: “Artıq komanda kimi formalaşırıq”

Bakı. TurkicWorld:

"Oyunumuz daha çox xoşuma gəldi. Artıq komanda kimi formalaşırıq”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi” basketbol klubunun baş məşqçisi Anar Sarıyev deyib.

O, Azərbaycan Basketbol Liqasının IV turunda “Sumqayıt” üzərində 90:73 hesablı qələbəni şərh edib. O bildirib ki, oyunçuları artıq bir-birini daha yaxşı başa düşür: “Hamı çox yaxşı oynadı. Matçda can qoymayan olmadı. Ancaq yenə də işləməliyik, irəlidə çox çətin görüşlərimiz var, onlara hazırlaşmalıyıq. Növbəti turda "Sabah"la oynayacağıq. Artıq bütün fikrimizi həmin görüşə yönəldəcəyik, ora hazırlaşacağıq. Həm mənə bir məşqçi kimi inanırlar, həm də tapşırıqları yerinə yetirməyə, bir komanda kimi formalaşmağa çalışırlar. Məncə, layiqincə də öhdəsindən gəlirlər".

Qeyd edək ki, IV turun ilk matçında NTD-İNDİGO “Xəzri”ni 86:71 hesabı ilə məğlub edib.

İdman.biz

Mövzuya görə xəbərlər