Bakı, TurkicWorld
Qazaxıstan prezidentinin müşaviri və Qazaxıstanın Azərbaycandakı səfiri Qənirə Paşayevanın məzarını ziyarət edib
TurkicWorld xəbər verir ki, Qazaxıstan Prezidentinin Müşaviri Malik Otarbayev və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel mərhum millət vəkili Qənirə Paşayevanın məzarını ziyarət edərək, ruhuna Quran oxuyublar.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü il 28 sentyabrda uzun sürən xəstəlikdən sonra 48 yaşında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.
Onu da qeyd edək ki, 25 sentyabrda Azərbaycan Milli Xalça Muzeyində mərhumun xatirəsinə “Qənirə Paşayeva-İthaf” adlı bədii sərginin açılış mərasimi baş tutmuşdu.