Son dəqiqə

Polşa Rusiya Belarus

Polşa Rusiya və Belarusla sərhəddə minalar yerləşdirməyəcək - KİV

Bakı. TurkicWorld:

Polşa hökuməti Rusiya və Belarusla sərhədlərdə piyada əleyhinə minalar yerləşdirməyi planlaşdırmır.

TurkicWorld xəbər verir ki, bu barədə Polşa KİV ölkənin diplomaik və müdafiə qurumlarında adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Polşa ordusu Ottava konvensiyası üzrə öhdəliklər çərçivəsində 2016-cı ilədək özünün 1 milyon piyada əleyhinə minasını məhv edib. Bununla belə, KİV yazır ki, Polşa hökuməti konvensiyanın qadağan etmədiyi "ağıllı piyada əleyhinə minalar"dan istifadə variantını gözdən keçirə bilər.

Qeyd edək ki, Polşa Ottava konvensiyasının üzvüdür. Konvensiya piyada əleyhinə minaların istifadəsi, ehtiyatlarının saxlanılması, istehsalı və ötürülməsini qadağan edir. 1997-ci ildə qəbul edilən konvensiya 1999-cu ildə qüvvəyə minib. 164 ölkə konvensiyaya üzvdür.

Mövzuya görə xəbərlər