Dövlətlərarası axtarışda olan Rusiya vətəndaşı Qazaxıstanda saxlanılıb

Dövlətlərarası axtarışda olan Rusiya vətəndaşı Qazaxıstanda saxlanılıb

Bakı. TurkicWorld:

Qazaxıstanın Almatı şəhərində dövlətlərarası axtarışda olan rusiyalı saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, aprelin 11-də Vnukovo – Almatı aviareysilə gələn 32 yaşlı Rusiya vətəndaşı Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxs Tacikistan vətəndaşlarını və vətəndaşlığı olmayan şəxsləri digər dövlətlərin ərazisindəki döyüşlərdə iştirak etmək üçün silahlı bölmələrə qanunsuz cəlb etməsi səbəbilə 2023-cü ilin sentyabrından dövlətlərarası axtarışdadır.