Son dəqiqə

Qazaxıstan Qırğızıstan Murat Nurtleu

Murat Nurtleu Qırğızıstana rəsmi səfər edib

Bakı. TurkicWorld:

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Qırğızıstan xarici siyasət idarəsinin rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, onu Manas beynəlxalq hava limanında Qırğızıstan xarici işlər nazirinin birinci müavini Asein İsaev və digər rəsmi şəxslər qarşılayıblar.

Murat Nurtleunun qırğızıstanlı həmkarı ilə Qazaxıstan-Qırğızıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin aktual məsələlərini müzakirə etmək üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Murat Nurtleu Tacikistanda rəsmi səfərdə olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər