Son dəqiqə

Fələstin Qazaxıstan

Qazaxıstan Fələstinə növbəti humanitar yardım göndərəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Fələstinə əlavə humanitar yardım göndərilməsi barədə qərarı təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Humanitar yardıma ümumi çəkisi 38 tondan çox olan ərzaq, yataq ləvazimatları, dərman vasitələri və tibbi məhsullar daxildir. Yüklər yaxın vaxtlarda hava yolu ilə göndəriləcək”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Fələstin xalqına 1 milyon dollar məbləğində humanitar yardım edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər