Bakı. TurkicWorld:
2027-ci ilə qədər Qazaxıstanda hipermiqyaslı məlumat mərkəzləri tikiləcək.
TurkicWorld-un məlumatına görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, məlumatların emalı mərkəzləri (EMM) və bulud texnologiyaları bazarının daha da inkişaf etdirilməsi məqsədilə və “Sərfəli İnternet” milli layihəsi çərçivəsində 2027-ci ilədək üç ədəd Beynəlxalq bazarın, o cümlədən Avropa və Şərqi Asiya arasında tranzit trafikindən istifadə edənlərin tələblərinə xidmət etmək üçün tranzit məlumatlarının saxlanması və emalı üçün hiper miqyaslı məlumat mərkəzləri tikiləcək.
Milli İnformasiya Texnologiyaları ASC, hazırda Amazon Web Services ilə fəal əməkdaşlıq edir və onlar arasında memorandum imzalanıb. Həmçinin əməkdaşlıq çərçivəsində hazırda ekspertlər texniki aspektləri və dəyərin formalaşması mexanizmini öyrənirlər.
Aytac Süleymanova
Twitter: a_alieva_







